Ölkə futbolu
Böyük oyun: “Xəzər Lənkəran” “Neftçi” ilə oyuna ciddi itkilərlə çıxacaq
Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində noy…
Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində noyabr 2-də “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” hazırlığını paytaxtda davam etdirir. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, bu gün Tofiq Bəhrəmov adına Respublika stadionunda məşqə çıxan komanda saat yarım ərzində taktiki çalışmaları yerinə yetirib.
Heyətdə olan zədəli futbolçulardan Junior Nildo fərdi məşqlə kifayətlənibsə,Vanderson Skarduelli də hazırlığı yarımçıq tərk etməli olub. Braziliyalı müdafiəçinin əzələsində olan zədə ona məşqdə sona qədər iştirak etməyə imkan verməyib.
Digər zədəli oyunçular – Duqlas Leyte, Zoahir Benuahi və Rasim Ramaldanov komanda ilə birgə məşqlərini davam etdirib.
“Xəzər Lənkəran” sabah oyun saatında “Bakcell Arena”da son məşqinə çıxacaq.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…