Bizi izləyin

Müsahibə

Tahir Süleymanov: Bunun səbəbini Lənkəran klubu daha yaxşı bilər

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovu…

blank
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovun Futbolinfo.az-a müsahibəsi
 
– İlk öncə "Böyük oyun" haqda fikirlərinizi öyrənək…
– Adından da göründüyü kimi, bu, "Böyük oyun"du. "Neftçi" və "Xəzər Lənkəran" qarşılaşması həmişə böyük əks-səda doğurub. Turnir cədvəlində tutduğu yerdən asılı olmayaraq, bu komandaların oyununda meydanda həmişə əzmkarlıq və mübarizə olur. Əsas odu ki, meydanda sağlam mübarizə getsin və güclü olan tərəf qalib gəlsin. "Xəzər Lənkəran" bu gün öz gücünə layiq olmayan yerdə durub. Bunun səbəbini Lənkəran klubu daha yaxşı bilər. Lakin bu, bizi qəti şəkildə arxayınlaşdırmır. Xal fərqi böyükdü, amma buna baxmayaraq, bundan öncəki oyunlar kimi, budəfəki qarşılaşma da yadda qalacaq. İstəyimiz odu ki, oyunda hər hansı bir problem yaşanmasın və güclü olan tərəf qalib gəlsin.
 
– Bu qarşılaşmanı Superkubokun revanşı adlandırmaq olar?
– Bilirsiniz ki, iki klub bir-biri ilə ən azı 4 dəfə görüşür. Kubok oyunlarını da nəzərə alsaq, elə hallar olub ki, 5-6 dəfə qarşılaşıblar. Buna görə revanş deməzdim. Ən önəmlisi may ayında turnir cədvəlində kimin neçənci yerdə olmasıdı. Çempionatda 10 komanda var və hər bir kluba hörmətlə yanaşırıq. Əgər hər hansı bir görüş üzərində bu qədər dayanılarsa, o zaman çempionat yaddan çıxar və hər hansı bir nəticədən söhbət gedə bilməz. "Neftçi" son üç mövsümün ardıcıl çempionu və kubokun sahibidi. Qarşıda duran hədəfimiz bu nəticələri təkrar etmək və Avropada qazanılan uğurun davamını gətirməkdi. Buna görə də biz bu prinsipiallığı nəzərə alaraq bu qarşılaşmaya növbəti oyun kimi baxırıq.
 
– Rəhbərlik olaraq rəqib azarkeşlərin meydana buraxılmaması ilə bağlı hansı tədbirlər görülür?
– Bildiyimiz kimi, AFFA İntizam Komitəsinin müvafiq qərarı var. Hər iki klub da bu qərara hörmətlə yanaşmağa borcludu. Çünki qərar qəbul olunub. Hər bir oyunda AFFA-nın rəsmi nümayəndəsi olur. Biz də qaydalara uyğun olaraq lazımi qərarların yerinə yetirilməsi üçün əlimizdən gələni edəcəyik.
 
– "Neftçi"nin hazırda həbsdə olan azarkeşi var. Stadionda azarkeş qruplarının bununla bağlı pankart açmalarına icazə verilmir…
– Mən bu məsələnin ictimaiyyətdə bu qədər gündəmə gətirilməsinin tərəfdarı deyiləm. Çünki bu, heç də o azarkeşlərə kömək olmur. Söhbət tək bizim yox, “Xəzər Lənkəran” azarkeşlərindən də gedir. Dünya praktikasında da çox belə hallar olur. Bu tipli hadisələrə hər yerdə rast gəlmək olar. Lakin bu, futboldu, bizim istəyimiz də odu ki, bu cür hallar baş verməsin. İstər "Neftçi", istərsə də "Xəzər Lənkəran" azarkeşlərinin tez bir zamanda azadlığa çıxmasını istərdik. Yenə qeyd etmək istəyirəm ki, bütün bunları gündəmə gətirmək heç də onlara xeyir gətirməz. Ona görə təmkinli olmaq lazımdı. Müvafiq orqanlar öz işlərini bilir və onlar da məlumatlıdırlar ki, bütün dünyada belə hallar olur.
 
– Cavid İmamverdiyevin sosial şəbəkələrdə azarkeşlərlə mübahisəsinə toxunmaq istərdim. Artıq İmamverdiyev klubun rəsmi saytı vasitəsilə üzrxahlıq elədi…
– Bəli, rəsmi sayt vasitəsilə Cavid İmamverdiyevin fikirləri bildirilib. Biz buna təbii baxırıq. Amma Azərbaycan futbolunda bunlardan da vacib məsələlər var. Cavidlə söhbət etmişik, azarkeşlərlə də görüşmüşük. Klub rəhbərliyi olaraq bu məsələləri daimi olaraq diqqətdə saxlayırıq. Belə desək, anlaşılmazlıq olmuşdu. Təbii ki, Cavid də hər oyunda rəqib qapısından top keçirmək istəyir. Əgər futbolçu hər oyun 3-4 qol epizodu yaradırsa, deməli, o, meydanda futbol oynayır. Əgər Cavid futbol oynamasa, o qol epizodlarını yarada bilməzdi. Dünya futboluna baxsaq, nəinki qol epizodu, penalti zərbələrini Bekhemlər, Baccolar yerinə yetirə bilməyib. Bunu da bir qədər təmkinlə qarşılamaq lazımdı, qarşılıqlı hörmət olmalıdı. Azarkeş də doğma komandasına sona qədər dəstək verməlidi. Bir daha qeyd edim ki, Cavidlə və azarkeşlərlə şəxsən mən və Gündüz Abbaszadənin görüşü oldu. Fikir mübadiləsi apardıq. Tək Cavidlə bağlı yox, qarşıdan gələn "Böyük oyun"la bağlı da müzakirələr apardıq. Azarkeşlərə təşəkkürümü bildirirəm ki, bu məsələləri anlayışla qarşıladılar.
 
– Nazim Süleymanovun debütündən razı qaldınız?
– Hələ Süleymanov "Neftçi"də təzədi. Müəyyən vaxt verilməlidi. Əgər hansısa bir kluba baş məşçqi gəlirsə, həmin komanda aşağı yerlərdə olursa, bu zaman komandada psixoloji gərginlik olur. "Neftçi"də isə bu cür problem yoxdu. Komandamızın yuxarı pillədə olması buna sübutdu. Bu baxımdan hər hansı bir problem yoxdu, sadəcə, bu işi davam etdirmək lazımdı. Bu arada əvvəllər klubumuzda çalışan bütün məşqçilərə təşəkkürümüzü bildiririk. Onların komandada çox böyük əməyi olub. Ona görə "Neftçi"yə gələn baş məşqçi sadəcə, bu uğurların davamını gətirməlidi. Təyinatdan sonra Süleymanovun mətbuat konfransında bildirdiyi kimi, "Neftçi"nin məqsədi çempionluq, minimum Avroliqanın və şansimiz olarsa, Çempionlar Liqasının qrupunu hədəfləməkdi. Bu yolda rəhbərlik tərəfindən komanda üçün hər cür şərait yaradıb. Ən önəmli məqam isə "Neftçi" rəhbərliyinin yerli məşqçilərlə çalışmasıdı.
 
– Gəray Qarayevlə bağlı məsələni aydınlaşdırmağınızı istərdim… (sözümü kəsir)
– Bir daha vurğulamaq istəyirəm ki, bu tipli şayiələrin ictimaiyyətdə yayılması mənfi bir haldı. Böyükağa Hacıyev nəinki indi, bundan öncə də məşqçilərin işinə qarışmayıb. "Neftçi"nin belə bir istəyi də olmayıb. Əgər hansısa bir real məsələ olarsa, klub bununla bağlı rəsmi açıqlama verəcək.
 
– Superkubokdan öncə saytımıza verdiyiniz müsahibədə "Kubok qazanılmazsa, Əhmədov istefaya göndəriləcək" sualına "Əsas odu ki, Azərbaycan futbolu qələbə qazansın, heç bir istefadan söhbət gedə bilməz" demişdiz. Amma oyundan sonra Əhmədov istefaya göndərildi. Süleymanovu bu cür bir təhlükə gözləyir?
– Gəlin belə danışaq, demişdim ki, Azərbaycan futbolu qalib gəlsin. Doğurdan da Naxçıvanda "Neftçi" və "Xəzər Lənkəran"a münasibəti özünüz gördünüz. Biz bildirmişik ki, məşqçilərə həmişə dəstək veririk. Amma bunun da qarşılığı olmalıdı. Məğlubiyyətdən sonra Tərlan Əhmədov, Bəxtiyar Musayev və Kamal Quliyev özləri qarşılıqlı razılaşma əsasında yola davam etməyəcəklərini açıqladılar.
 
– Amma Sadıq Sadıqov oyundan dərhal sonra məşqçilər korpusunun istefaya göndəriləcəyini bildirmişdi…
– Belə deyək də nəticələr göz qabağındadı. Həyatda hər şey olur. Onlara da uğur arzu edirik, Nazim Süleymanova da. Yenə deyirəm ki, "Neftçi"nin uğur qazanması üçün rəhbərlik yerli məşqçilərə güvənir və əlindən gələni edir.
 
– Çempionluğa iddialı klub Melvin Platye kimi uğursuz transferlə qışdan sonra da yola davam edəcək?
– Hollandiya çempionatının səviyyəsi ilə Azərbaycan çempionatının səviyyəsini müqayisə edin. Ötən mövsüm Hollandiya çempionatında 9 qol vurmuş gənc futbolçunun hər hansı uğursuzluğundan söhbət gedə bilməz. Ümumiyyətlə, "Neftçi"də olan legionerlərin hamısı Azərbaycan çempionatının səviyyəsindən yuxarı olan futbolçulardı. Hələ çempionatın sonuna çox var. Vaxtilə Nikolas Kanales gələndə bəziləri onu uğursuz transfer adlandırırdı. "Neftçi"də rəqabət var, səviyyəsiz transfer yoxdu.
 
– 11 tura bir qol vurmuş hücumçunu necə uğurlu adlandırmaq olar?
– "Neftçi"nin sayılmayan qollarını saysanız, görərsiniz ki, "Neftçi" kifayət qədər qol vurub. Futbolçunun adaptasiya olması üçün müəyyən vaxta ehtiyac var. Bir daha vurğulayım ki, o futbolçunun "Neftçi"yə xeyri dəyəcək. Bəlkə Azərbaycan futbolunun sürəti Hollandiya çempionatının və Platyenin sürətinə çatmır? Bu barədə düşünsək, daha yaxşı olar.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-21 19:19

“Gələn oyunlara köklənməliyik” – Adil Şükürov

blank
Premyer-liqa2024-04-21 19:00

“Səbail” “Araz-Naxçıvan”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-21 18:58

Azərbaycanın gimnastika millisi Praqada gümüş medal qazandı

blank
Premyer-liqa2024-04-21 18:26

“Kəpəz” “Sabah”a məğlub oldu

blank
Digər idman növləri2024-04-21 17:54

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm