I Liqa
“Kəpəz” rəsmisi “hə”, AFFA rəsmisi “yox” deyir
"Kəpəz" bir müddət öncə millinin 19 yaşlardan…
"Kəpəz" bir müddət öncə millinin 19 yaşlardan ibarət qapıçılar üzrə məşqçisi Nadir Şükürovu heyətə cəlb etmək istəyib. Futbolinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin planı baş tutmayıb.
Məsələni dəqiqləşdirmək üçün AFFA-nın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Federasiya rəsmisi belə bir şeyin olmadığını bildirdi: "Mən Texniki Departamentdən bu məsələni dəqiqləşdirdim. Bildirdilər ki, heç bir müraciət olmayıb. Belə bir şey olmayıb. Nadir Şükürovla da söhbət etdim. Şükürov heç bir təklifin olmadığını dedi".
AFFA rəsmisindən fərqli olaraq "Kəpəz"in prezidenti Mehman Allahverdiyev saytımıza açıqlamasında Şükürova Gəncədə işləmək təklif olunduğunu söyləyib: "Bəli, biz Nadir Şükürova bizimlə işləməyi təklif etmişdik. Onun işini bəyənirdik. Lakin özü buna razılıq vermədi. Buna səbəb isə Şükürovun həm millidə işləməsi, həm də ailəsinin Bakıda yaşamasıdı. Ona Gəncədə yaşamaq çətin olduğu üçün təklifimizi qəbul etmədi. Sonda isə fikrimizi dəyişdik”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…