Dünya futbolu
Alvaro Morata rəsmən “Atletiko”da
İngiltərənin “Çelsi” klubunun hücumç…
İngiltərənin “Çelsi” klubunun hücumçusu Alvaro Moratanın Madrid “Atletiko”suna keçidi rəsmiləşib.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu 2019/2020 mövsümünün sonuna kimi icarə əsasında Madrid təmsilçisində çıxış edəcək. Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
İspaniya mətbuatı "Atletiko"nun bu keçidə görə "Çelsi"yə 7,5 milyon avro təzminat ödəyəcəyini yazıb. İcarə müqaviləsinin müddəti başa çatdıqdan sonra ispanlar əlavə 40 milyon avro da ödəyərək Moratanı birdəfəlik ala biləcək.
Qeyd edək ki, Morata 2017-ci ilin yayında "Real"dan "Çelsi"yə transfer olunub.