Dünya futbolu
İran yığması baş məşqçisiz qaldı
Portuqaliyalı məşqçi Karluş Keyroş İran yığmasının ba…
Portuqaliyalı məşqçi Karluş Keyroş İran yığmasının baş məşqçisi postundan istefa verib.
Futbolinfo.az xəbər verir ki, 65 yaşlı mütəxəssis bu qərarını Asiya Kubokunun yarımfinalında Yaponiyaya 0:3 hesablı məğlubiyyətdən sonra açıqlayıb. Bu barədə İran Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Keyruş İran yığmasından gedişini belə şərh edib: “Artıq sona gəldik. Köməkçilərimlə birgə əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. İllərdi sərgilədikləri performans və mənə verdikləri dəstəyə görə oyunçuların hər birinə minnətdarlığımı bildiriəm. İranlı azarkeşlərə də dəstəklərinə görə təşəkkür edirəm. 8 il bu möhtəşəm insanlarla bir yerdə çalışmaq qürurverici idi”.
Vaxtilə Madrid “Real”ı, Lissabon “Sportinq”i kimi klubları, həmçinin Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Koreya yığmalarını çalışdırmış Keyruş, İran yığmasında 2011-ci ildən işləyirdi.
Portuqaliyalı məşqçinin bundan sonra Kolumbiya yığmasını çalışdıracağı iddia olunur.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə