Dünya futbolu
“Napoli”nin futbolçusu “Sevilya”da
İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolç…
İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi “Napoli”dən Marko Roqu transfer etməyə yaxındır. Bu barədə “Sevilya” klubunun prezidenti Xose Kastro İspaniya mətbuatına açıqlamasında deyib:
“Hələlik iki yaxşı transfer etmişik. “Barselona”dan Munir Əl-Həddadini və “Ayaks”dan Maksimilian Voberi heyətimizə qatmışıq. Bir tərslik olmazsa, sabah da “Napoli”dən Marko Roqla müqavilə imzalayacağıq”.
2017-ci ildən “Napoli”də forma geyinən Roq, 16 dəfə də Xorvatiya millisinin uğurları üçün çalışıb.
23 yaşlı yarımmüdafiəçi cari mövsümdə A Seriyasında 9 qarşılaşmada iştirak edib və 1 qol vurub.