Ölkə futbolu
“Sumqayıt”dan növbəti transfer – RƏSMİ
Dövrələrarası fasilədə transfer çalışmalarını dav…
Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçunu heyətinə cəlb edib.
Futbolinfo.az xəbər verir ki, sözügedən klub əslən azərbaycanlı olan iranlı futbolçu Peyman Keşavarzla 6 ay + 1 il sistemi ilə müqavilə imzalayıb. 22 yaşlı müdafiəçi "Sumqayıt"da 50 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Təbrizin "Traktorsazi" komandasının yetirməsi olan Peyman Keşavarz həmin şəhərin digər klubları olan "Maşınsazi" və "Göstəriş Fulad" ilə yanaşı, "İstiqlal Əhvaz"ın da şərəfini qoruyub.