Ölkə futbolu
“Zirə”də yeni legioner
Türkiyə toplanışını başa vuran “Zirə” bu g&uum…
Türkiyə toplanışını başa vuran “Zirə” bu gündən etibarən “Sabah”la oyunun hazırlığına start verib.
Futbolinfo.az xəbər verir ki, “qartallar” Biləcəri Futbol Mərkəzində bir araya gəlib. Məşqdə komandanın yeni transferləri Mfo Kqasvane, Xulio Sezar Rodriqes və İsmail Fofana da iştirak edib.
Bu arada, “Zirə” baxışa yeni futbolçu dəvət edib. Paytaxt təmsilçisi malavili hücumçu Robin Nqalandeni sınaqdan keçirdiyini açıqlayıb. 26 yaşlı oyunçu da bu gün baş tutan məşqdə iştirak edib.
Qeyd edək ki, son olaraq CAR təmsilçisi “Baroka”da çıxış edən Nqalande 6 aydı klubsuzdu.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı