Premyer-liqa
"Sabah" əla başladı: Zirədə 2 qol, 2 qırmızı vərəqə – YENİLƏNİB
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövs…
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.
Futbolinfo.az xəbər verir ki, iki günü əhatə edəcək 15-ci turun açılış matçında autsayder “Zirə” debütant “Sabah”la qarşılaşıb.
Bu komandalar yalnız cari mövsümdə üz-üzə gəliblər ki, hər iki oyunda “Sabah” qələbə qazanıb. 3-cü matç da istisna olmadı. Fasilədən dərhal sonra ardıcıl 2 qol vuran autsayder rəqibinin son pillədə qalmasına səbəbkar oldu.
Azərbaycan Premyer Liqası
15-ci tur
2 fevral
Zirə – Sabah 0:2
Qollar: M.Deviç, 47-p. R.Eyyubov, 68.
Qırmızı vərəqələr: V.Mustafayev, 62 – M.İsayev, 25 (ikinci sarı).
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, Nicat İsmayıllı.
Zirə İdman Kompleksinin stadionu.
Zirə: 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 6. Vüqar Mustafayev, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 11. Dilan Duvetru, 91. Bilal Həmdi, 9. Aleksandr Dedov, 38. İlkin Muradov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 8. Kamal Mirzəyev, 77. Mirsahib Abbasov, 10. Sadio Tounkara, 23. Kqasvane Mpho, 17. Robin Nqalande, 20. Fofana İsmael, 18. Xulio Sezar Rodriqes, 3. Budaq Nəsirov, 99. Rafael Məhərrəmli.
Baş məşqçi: Samir Abasov.
Sabah: 30. Saşa Stamenkoviç, 13. Filip İvanoviç, 15. Erik Ramos, 9. Marko Deviç, 11. Elgün Nəbiyev, 10. Cavid İmamverdiyev (k), 8. Elşən Abdullayev, 19. Məqsəd İsayev, 7. Rəşad Eyubov, 17. Təmkin Xəlilzadə, 5. Kərim Diniyev.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 21. Novruz Məmmədov, 91. Coşqun Diniyev, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 27. Bəxtiyar Soltanov, 25. Vanderson Silva, 22. Miloş Bosançiç, 33. Eltun Turabov, 88. Elçin Əsədov, 97. Emil Qasımov.
Baş məşqçi: Elşad Əhmədov.