Dünya futbolu
“Çelsi”nin forvardı digər Premyer Liqa klubuna keçdi
Mövsümün əvvəlində İspaniyanın “Valensiya&rd…
Mövsümün əvvəlində İspaniyanın “Valensiya” klubuna icarəyə verilsə də, bu qış sözügedən komandadan ayrılan “Çelsi”nin hücumçusu Miçi Batşuayi özünə yeni iş yeri tapıb.
Futbolinfo.az xəbər verir ki, Belçika yığmasının forvardı İngiltərə Premyer Liqasının digər təmsilçisi “Kristal Pelas”a icarəyə verilib. Tərəflər arasında mövsümün sonunadək müqavilə imzalanıb.
Batşuayi 2016-cı ildə Marsel “Olimpik”indən 39 milyon avroya “Çelsi”yə transfer olunub. O, ötən mövsümdə Dortmund “Borussiya”sında icarədə olub.
23 yaşlı forvard bu mövsüm 23 oyuna çıxıb, 3 qola imza atıb.