Dünya futbolu
Azərbaycanlı futbolçu Həbibin cəzası haqda: “Şokdayam”
Moskva “Spartak”ının yarımmüdafiəçisi Ayaz…
Moskva “Spartak”ının yarımmüdafiəçisi Ayaz Quliyev UFC üzrə yüngül çəkili çempion Həbib Nurməhəmmədovun irlandiyalı idmançı Konor Makqreqorla döyüşdən sonra baş verənlərə görə Nevada ştatının Atletika Komissiyası tərəfindən yarışlardan kənarlaşdırılmaına münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, Həbibə oxşadığı üçün tez-tez onunla müqayisə olunan azərbaycanlı futbolçu rus idmançıya verilən cəzanın ağır olduğunu söyləyib:
"Təəssüf ki, bu cür sərt qərar qəbul olundu. Belə uzun diskvalifikasiyaya görə şokdayam. Biz hamımız ona görə narahatıq. Hər döyüşündə onu dəstəkləyir və azarkeşlik edirik. Ümidvaram ki, bu cəza Həbibin qələbə ruhuna təsir etməyəcək və o, bir daha kimin ən güclü olduğunu göstərəcək".
Qeyd edək ki, sözügedən hadisəyə görə Atletika Komissiyası Həbibi 9, Konoru isə 6 ay müddətinə yarışlardan kənarlaşdırıb. Bundan başqa, rusiyalı idmançı 500 min avro məbləğində cərimələnib.