Ölkə futbolu
Əhmədov hücumçu yolu gözləyir
"Sabah"ın baş məşqçisi Elşad Əhmədov "Zir…
"Sabah"ın baş məşqçisi Elşad Əhmədov "Zirə"ni səfərdə 2:0 hesabıyla məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib.
Futbolinfo.az xəbər verir ki, məşqçi öncə matçı dəyərləndirib: “Maraqlı oyun keçdi. Startda azlıqda qalsaq da, futbolçular ruhdan düşmədi. Təzyiqi davam etdirdik və ilk qol bizə motivasiya verdi”.
Əhmədov yeni transfer gözləyir: “Bir hücumçuya ehtiyacımız var. Ola bilər ki, bunu etdik. Yeni futbolçularımızın üçü də özünü yaxşı tərəfdən göstərdi”.