Dünya futbolu
“Borussiya” xal itirdi, “Bavariya” uduzdu
Futbol üzrə Almaniya Bundesliqasında 20-ci turun oyunları ke&c…
Futbol üzrə Almaniya Bundesliqasında 20-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.
Lider Dortmund “Borussiya”sı səfərdə “Ayntraxt”la üz-üzə gəlib və xal itkisi ilə üzləşib.
“Bavariya” isə “Bayer” səfərinə yollanıb. Münhen klubu bu görüşdə məğlubiyyətlə üzləşib.
Əvəzində Münhenqladbax “Borussiya”sı səfərdə “Şalke”yə qalib gəlməklə ikinci pilləyə yüksəlib.
Almaniya Bundesliqası
20-ci tur
1 fevral
Hannover – Leyptsiq 0:3
Qol: Halştenberq, 45. Orban, 64; 85.
2 fevral
Bayer – Bavariya 3:1
Qol: Beyli, 53. Volland, 63. Alario, 87 – Qoretska, 41.
Ayntraxt – Borussiya (Dortmund) 1:1
Qol: Yoviç, 36 – Roys, 22.
Herta – Volfsburq 0:1
Qol: Veqorst, 65.
Hoffenhaym – Fortuna 1:1
Qol: Kramariç, 16-pen – Henninqs, 46.
Nürnberq – Verder 1:1
Qol: İshak, 86 – Eqqeştayn, 64.
Şalke – Borussiya (Münhenqladbax) 0:2
Qol: Kramer, 85. Noyhaus, 90.
3 fevral
18:30 Auqsburq – Maynts
21:00 Ştutqart – Frayburq