Dünya futbolu
“Yuventus”dan xal itkisi, “Napoli”dən darmadağın
Futbol üzrə İtaliya A Seriyasında 22-ci tura start verilib.
…
Futbol üzrə İtaliya A Seriyasında 22-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.
“Napoli” “Sampdoriya”nı, “Yuventus” isə “Parma”nı qəbul edib. Neapol təmsilçisi darmadağınla qalib gəldiyi halda, Turin klubu xal itkisi ilə üzləşib.
Dörd qolun qeydə alındığı “Empoli” – “Kyevo” matçında isə qalib müəyyənləşməyib.
İtaliya A Seriyası
22-ci tur
2 fevral
Empoli – Kyevo 2:2
Qol: Kaputo, 45; 52 – Qyaççerini, 31. Stepinski, 45.
Napoli – Sampdoriya 3:0
Qol: Milik, 25. İnsinye, 26. Verdi, 89-pen.
Yuventus – Parma 3:3
Qol: Ronaldo, 36; 66. Ruqani, 62 – Barilya, 64. Jervinyo, 74; 90.
3 fevral
15:30 SPAL – Torino
18:00 Cenoa – Sassuolo
18:00 Udineze – Fiorentina
21:00 İnter – Bolonya
23:30 Roma – Milan
4 fevral
22:00 Frozinone – Latsio
00:00 Kalyari – Atalanta