Premyer-liqa
Aftandil Hacıyev: “Zamanla bunun da öhdəsindən gələrik”
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azər…
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları görüşdən sonra bunları söyləyib:
“Stadiona gələn azarkeşlər maraqlı futbol izlədilər. Qapımızda iki qol görmüşüksə, bu, səhvlərimizdən xəbər verir. Ancaq yetirmələrimin oyunundan razıyam. Erkən qol buraxdıq. Bu da futbolçularımıza müəyyən təsirini göstərdi. Həm parlaq futbol sərgiləmək, həm də qalib gəlmək üçün müəyyən zamana ehtiyac var. Yeni komandayıq. Zamanla bunun da öhdəsindən gələrik. Elvin Yunuszadəyə qırmızı vərəqəyə görə cəza verilməyəcək. Ancaq məyusuq ki, onun xidmətindən növbəti turda istifadə edə bilməyəcəyik. O ki qaldı son saniyələrdə polislərlə münaqişəsinə, həmin vaxt fikrim oyunda olub və bunu görməmişəm”.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi