Müsahibə
Qoran Paratski: “Bu, bizim üçün üstünlükdü”
“Neftçi”nin yarımmüdafiəçisi Qoran Pa…
“Neftçi”nin yarımmüdafiəçisi Qoran Paratskinin futbolinfo.az saytına müsahibəsi:
– “Keşlə” üzərində 2:0 hesablı qələbə sizi qane edirmi?
– Düşünürəm ki, komanda şəklində yaxşı oynadıq. Meydanda qələbə üçün nə lazım idisə, etdik. Nəticəni kənara qoysaq, oyun baxımından da pis deyildik. Nəticəyə gəlincə, layiq olduğumuza heç bir şübhə yeri qalmamalıdı. 3 xal bizim olmalı idi.
– Yeni futbolçular komandadakı boşluqları doldururmu? Səncə, onların köməyi dəyəcək?
– Futbolçular təbii ki, komandaya kömək edirlər. Yaxşı tərəfi odu ki, onlar komandaya tez öyrəşdilər. Bu da bizim üçün üstünlükdü. Yeni hücumçumuz Canluka Sansone də topla cəld davranan və yaxşı oyunçudu. Bu, uzun yolda bizə kömək edəcək.
– Sonuncu turu çıxsaq, ondan əvvəlki 5 turda əvəzetmədən meydana daxil olmusan. Narahat deyilsən ki, yeni futbolçular gəldikdən sonra ümumiyyətlə yavaş-yavaş yerini itirə bilərsən?
– Buna heç bir şərh vermək istəmirəm. Növbəti sualı verin.
– Qarşıda “Zirə” ilə matç var…
– Hər oyuna ciddi yanaşmaq lazımdı. Bizim üçün 3 xal vacibdi. Rəqib son matçda qalib gəlib və çətin olacaq. Amma meydandan qalib ayrılmaq üçün gücümüz yetərincədi. Düşünürəm ki, növbəti 3 xalla yolumuza davam edə bilərik. Ciddi hazırlaşıb, yalnız bu matçı düşünməliyik.
AĞA