Dünya futbolu
MY PSJ-yə uduzdu, “Roma” “Portu”ya qalib gəldi
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhəl…
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir ki, bu mərhələnin ilk oyunları 2 həftəni əhatə edəcək. 1/8 mərhələsindən etibarən, oyunlarda videotəkrar (VAR) sistemindən istifadə olunmağa başlayıb.
İlk oyun günündə iki qarşılaşma keçirilib. Günün maraqla gözlənilən oyunu İngiltərədə təşkil olunib. “Mançester Yunayted” PSJ ilə üz-üzə gəlib. Paris təmsilçisinin hücumçusu Neymar bu qarşılaşmada iştirak edə bilməyib. Zədəli futbolçunun cavab matçında da olmayacağı gözlənilir. Buna baxmayaraq, qonaqlar bu görüşdə qələbə qazanıblar.
Günün digər qarşılaşması isə İtaliyada keçirilib. “Roma” Portuqaliyanın “Portu” klubuyla qarşılaşıb. Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb.
UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
12 fevral
Roma (İtaliya) – Portu (Portuqaliya) 2:1
Qol: Zaniolo, 70; 76 – A.Lopes, 79.
Mançester Yunayted (İngiltərə) – PSJ (Fransa) 0:2
Qol: Kimpembe, 53. Mbappe, 60.