Dünya futbolu
Fransa klubunun üzvü futbol oynayarkən vəfat etdi
Fransanın “Reyms” klubunun gənclərdən ibarət komandas…
Fransanın “Reyms” klubunun gənclərdən ibarət komandasının üzvü Məhəmməd Savan həyatını itirib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
15 yaşlı Savanın ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Ölüm hadisəsi Savanla komanda yoldaşlarının futbol oynadığı zaman baş verib.
Savan “Reyms”in 15 yaşadək futbolçulardan ibarət komandasının formasını geyinirdi.