Dünya futbolu
“Espanyol”dan La Liqada yeni rekord
“Espanyol” futbol üzrə İspaniya çempionatın…
“Espanyol” futbol üzrə İspaniya çempionatında yeni rekorda imza atıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda 24-cü turun ötən gün baş tutan “Valensiya” ilə matçında qolsuz heç-heçəyə razılaşıb.
Bu, “Espanyol”un La Liqada 200-cü qolsuz heç-heçəsi olub.
Sözügedən klubun ən yaxın izləyicisi “Atletik”di. Bilbao təmsilçisi La Liqada 199 qolsuz “sülh” görüb. “Sevilya”nın hesabında 187, “Real Sosyedad”da 186 belə heç-heçə var.