Ölkə futbolu
Nihat Kahveci də Bakıya gəlir
Türkiyə yığmasının sabiq futbolçusu Nihat Kahveci Bak…
Türkiyə yığmasının sabiq futbolçusu Nihat Kahveci Bakıya səfər edəcək.
Futbolinfo.az Bakı-2019 Avropa Liqası Əməliyyat Komitəsinə istinadən xəbər verir ki, martın 3-də keçiriləcək “Bakı 2019: Ulduzlar Finalı” yoldaşlıq oyununda dünyaca məhşur veteran futbolçularla yanaşı, “Beşiktaş", "Vilyareal", "Real Sosyedad" kimi klublarda çıxış edən türk futbolunun əfsanəsi Nihat Kahveci də iştirak edəcək. Bu oyun Bakıdakı Avropa Liqasının finalı ilə əlaqədar təşkil olunacaq.
Qeyd edək ki, N.Kahvecidən başqa sabiq futbolçular Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze də yoldaşlıq oyununda iştirak edəcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı