Ölkə futbolu
Elşad Əhmədov: “Bir xal bizim üçün qələbəyə bərabərdi”
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərba…
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:
“Qarabağ”la oyunlar həmişə maraqlı olur. Sürətli və maraqlı oyun alındı. Yaxşı oynadığımızı deyə bilmirəm. Azlıqda qalsaq da, mübarizə apardıq. Bir xal, bizim üçün qələbə kimi bir şeydir.
12 il “Qarabağ”da oynamışam. Bu kluba məndən çox azarkeşlik edən olmaz. Sadəcə, futbolçular üçün "Qarabağ"la oyun böyük stimuldu. Bu komanda ilə matçlar çox çətin olur".
Əhmədov Cavid İmamverdiyevin ilk dəqiqələrdən meydanda olmamasına da toxunub: "Cavid az məşq edib. Son dörd günün ikisində məşqə qatılmayıb. Səhhəti yaxşı deyildi. Qızdırması var idi".