Dünya futbolu
“Borussiya” darmadağın, “Bavariya” zirvəyə şərik oldu
Futbol üzrə Almaniya Bundesliqasında 23-cü turun oyunları…
Futbol üzrə Almaniya Bundesliqasında 23-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə günü baş tutub.
Liderlər qrupunda qərarlaşan Münhenqladbax “Borussiya”sı doğma meydanda “Volfsburq”a böyük hesabla uduzub. “Bavariya” isə “Herta” ilə ev oyununda minimal hesabla qalib gəlməklə zirvəyə şərik olub. “Frayburq” “Auqsburq”u, “Maynts” “Şalke”ni, “Fortuna” “Nürnberq”i məğlub yola salıb. “Verder” – “Ştutqart” görüşündə isə qalib müəyyənləşməyib.
Almaniya Bundesliqası
23-cü tur
22 fevral
Verder – Ştutqart 1:1
Qol: Klaassen, 45 – Zuber, 2.
23 fevral
Borussiya M – Volfsburq 0:3
Qol: Gerhardt, 38. Mehmedi, 68; 83.
Bavariya – Herta 1:0
Qol: X.Martines, 62.
Frayburq – Auqsburq 5:1
Qol: Petersen, 9; 43. Qrifo, 30. Valdşmidt, 64. Nyederlexner, 85 – Xedira, 52.
Maynts – Şalke 3:0
Qol: Onisivo, 18; 84. Mateta, 73.
Fortuna – Nürnberq 2:1
Qol: Everton, 62-öz qapısına. K.Ayhan, 83 – Loven, 41.
24 fevral
18:30 Hannover – Ayntraxt
21:00 Borussiya D – Bayer
25 fevral
23:30 Leyptsiq – Hoffenhaym