Dünya futbolu
“Yuventus”la “Napoli”dən səfər qələbəsi
Futbol üzrə İtaliya A Seriyasında 25-ci tura yekun vurulub.
…
Futbol üzrə İtaliya A Seriyasında 25-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun əksər oyunları son oyun gününə təsadüf edib.
“Kyevo” – “Cenoa” matçında hesab açılmayıb. “Sassuolo” – SPAL görüşündə də qalib gəlməyib. “Sampdoriya” “Kalyari” ilə ev oyununda minimal hesabla qalib gəlib. Lider “Yuventus” səfərdə “Bolonya”nı tək qolla məğlub edib. Turinlilərin əsas izləyicisi “Napoli” isə “Parma”nı böyük hesabla yenib. Turun ən maraqlı görüşlərindən biri Florensiyada baş tutub. “Fiorentina”nın qonağı olan “İnter” isə qələbəni son anda əldən verib.
25-ci tur çərçivəsində keçirilməli olan “Latsio” – “Udineze” matçı, romalıların İtaliya kubokunda “Milan”la qarşılaşacağı üçün təxirə salınıb.
İtaliya A Seriyası
25-ci tur
22 fevral
Milan – Empoli 3:0
Qol: Pyontek, 49. Kessye, 51. Kastilyexo, 67.
23 fevral
Torino – Atalanta 2:0
Qol: İzzo, 42. Falke, 46.
Frozinone – Roma 2:3
Qol: Çiano, 5. Pinamonti, 80 – Dzeko, 30; 90+4. Pelleqrini, 31.
24 fevral
Sampdoriya – Kalyari 1:0
Qol: Kvalyarella, 66-pen.
Bolonya – Yuventus 0:1
Qol: Dibala, 67.
Kyevo – Cenoa 0:0
Sassuolo – SPAL 1:1
Qol: Peluso, 43 – Petanya, 68-pen.
Parma – Napoli 0:4
Qol: Zelinski, 19. Milik, 36; 73. Ounas, 82.
Fiorentina – İnter 3:3
Qol: De Vrey, 1-öz qapısına. Muriel, 74, Veretu, 90-pen – Vesino, 6. Politano, 40. Perişiç, 52-pen.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı