Ölkə futbolu
Oyuna vaxtında gəlməyən komandaya texniki məğlubiyyət verildi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif birinciliklərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Region Liqasında keçirilən “Füzuli” – İmişili” oyununda “İmişli”nin futbolçusu Elnur Məmmədov hakimi təhqir edib, qırmızı vərəqə ilə cəzalandırılıb. Bu səbəbdən futbolçu 4 oyun cəzalanıb. Görüşün 35-ci dəqiqəsində həmin komandanın baş məşqçisi Süleyman İsayev də hakimi təhqir etdiyinə görə, 5 oyun cəzalanıb.
Region Liqasında keçirilən “Ağsu Siti” – “Gənclik” (Sabirabad) oyununda qonaq komandanın futbolçusu Amid Zeynalov hakimi təhqir edib, qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Həmin komandanın digər oyunçusu Elmar İsgəndərov da matçın 90-cı dəqiqəsində hakimi təhqir edib qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.
Gənclər Liqasında “Neftçi” – “Keşlə” oyununda “Keşlə”nin futbolçusu Aləddin Sadıqov 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-17 liqasında keçirilən “Xəzər Lənkəran” – “Neftçi İK İB” oyununda “Xəzər Lənkəran”ın futbolçusu Məmməd Abdullayev 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırdığı üçün 1 oyun cəzalanıb.
U-17 liqasında keçirilən “Səbail” – “Tufan” oyununda “Tufan”ın futbolçusu Elgün Rüstəmov 2-ci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-16 liqasında keçirilən İsgəndər Cavadov BFA – Gəncə TİM oyununda İsgəndər Cavadov BFA komandasının futbolçusu Qoşqar Babayev 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-14 Liqasında keçirilən UGİŞM-1 (Sumqayıt) – UGİM (Siyəzən) oyununda UGİM komandasının futbolçusu Vüqar İbadov ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Həmin komandanın digər futbolçusu Nəbi Qəniyev də rəqibi aşkar qol vurmaq epizodundan məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-13 liqasında keçirilən “Qəbələ” – ROFM Xəzər oyununda “Xəzər”in futbolçusu Rəşad Musazadə qarşılaşma bitdikdən sonra rəqib oyunçunu vurduğu üçün 2 oyun cəzalanıb.
Futzal üzrə Birinci Liqanın AZMİU – U-19 matçında U-19-un üzvü Nurlan Mehdizadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Futzal üzrə İkinci Liqanın Baker Tilliy – Star Karqo oyununda “Star Karqo”nun oyunçusu Anar Məmmədov ikinci sarı vərəqə alaraq, meydançadan çıxdığı zaman hakimi təhqir etdiyi üçün 4 oyun cəzalanıb.
Futzal üzrə Birinci Liqanın “Zəngilan” – “Baku Fans” görüşünün 25-ci dəqiqəsində “Baku Fans”ın məşqçisi Namiq İbrahimov texniki zona qaydalarını pozduğu üçün 1 oyun cəzalanıb.
Futzal üzrə Birinci Liqanın “Çinar Cəbrayıl” – “Sabunçu” görüşünə “Sabunçu” komandası təyin olunduğu vaxtda gəlmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
Futzal üzrə Birinci Liqanın “Metropoliten” – “Sovetski” görüşünün 3-cü dəqiqəsində Fərid Şahbazov təhqiramiz ifadələr işlətdiyi, qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…