Premyer-liqa
"Qəbələ" "Qarabağ"la oyuna 4 itki ilə hazırlaşır
Son tur çərçivəsində keçirilmiş “Sumqay…
Son tur çərçivəsində keçirilmiş “Sumqayıt”la (2:0) matçın ardından 2 günlük istirahətə buraxılan “Qəbələ” oktyabrın 28-dən etibarən 12-ci tur çərçivəsində baş tutacaq "Qarabağ"la oyunun hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Yuri Syominin başçılığı ilə reallaşan təlim-məşq prosesində zədəsi olan Rail Məlikov, Omar Kalabane, Abdulvahid Afolabi və Tərzin Cahangirov iştirak etməyib.
"Qəbələ" doğma məkandakı hazırlıqlarını bu gün baş tutacaq son məşqlə yekunlaşdırılacaq. Sabah səhər saatlarında isə komanda paytaxta yollanacaq. Matç öncəsi son məşq günün ikinci yarısında qarşılaşmanın baş tutacağı Tofiq Bəhramov stadionunda keçiriləcək.
Xatırladaq ki, "Qarabağ" – "Qəbələ" matçı noyabrın 3-də saat 17:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…