Dünya futbolu
Pato rəsmən Braziliya klubunda
Son olaraq Çinin “Tyantzin Tyantsyan” klubunda form…
Son olaraq Çinin “Tyantzin Tyantsyan” klubunda forma geyinən Aleşandro Pato Braziliyaya qayıdıb.
Futbolinfo.az xəbər verir ki, 29 yaşlı forvard “San-Paulu”ya transfer olunub. Bu barədə Braziliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Patoyla 2022-ci ilə qədər müqavilə imzalanıb.
Karyerası ərzində “Milan”, “Korintians”, “Çelsi”, “Vilyarreal” kimi klublarda forma geyinən Pato, 2017-ci ilin yanvarından “Tyantzin Tyantsyan” klubunda çıxış edirdi. O, bir müddət əvvəl Çin təmsilçisiylə olan müqaviləsini ləğv edib.
Pato 2014/15 mövsümündə “San-Paulu”da çıxış edib.