Ölkə futbolu
“Sumqayıt” Hakan Sünalla anlaşdı
“Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsin?…
“Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib.
Futbolinfo.az xəbər verir ki, bu vəzifəni Hakan Sünal icra edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bununla əlaqədar olaraq, 29 mart, saat 13:00-da “Sumqayıt Arena”nın mətbuat konfransı zalında təqdimat mərasimi keçiriləcək. Təqdimata bütün KİV nümayəndələri dəvətlidir.
Qeyd edək ki, son olaraq Almaniyanın “FSV Frankfurt” klubunun U-19 komandasının baş məşqçisi və U-16 – U-19 arası yaş qruplarının koordinatoru vəzifəsində çalışan Hakan Sünal “Ayntraxt” (Frankfurt), “SG Rosenhöhe”, “SpVgg Oberroad 05” kimi klublarda məşqçilik fəaliyyəti ilə məşğul olub. 39 yaşlı mütəxəssis həmçinin “M5 Sports” futbol məktəbinin yaradıcısı və sahibi olub.