Dünya futbolu
Milli komandanın bombardiri karyerasını başa vurdu
Futbol üzrə Avstraliya millisinin və “Everton”un sa…
Futbol üzrə Avstraliya millisinin və “Everton”un sabiq üzvü Tim Keyhill karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, bu barədə 39 yaşlı futbolçu “goal.com”a açıqlamasında deyib.
Karyerası ərzində “Everton”, “Nyu York Red Bullz”, “Milluoll” kimi komandaların şərəfini qoruyan Keyhillin son iş yeri Hindistanın “Camşedpur” klubu olub.
Keyhill, Avstraliya millisində çıxdığı 108 oyunda 50 dəfə fərqlənərək, yığma tarixində ən çox qol vuran futbolçudu.