Dünya futbolu
Tanzaniya yığmasının futbolçularına torpaq sahəsi verildi
Tanzaniya Prezidenti Con Maqufuli Afrika Millətlər Kubokunun final m…
Tanzaniya Prezidenti Con Maqufuli Afrika Millətlər Kubokunun final mərhələsinə vəsiqə qazanan milli komandanın futbolçularını mükafatlandırıb. Ölkə rəhbəri hər bir oyunçuya 5 min dollar mükafat və torpaq sahəsi verilməsini tapşırıb. Maqufuli yığma komanda ilə görüşdə bildirib ki, futbolçular və məşqçilər bu mükafata layiqdirlər.
Qeyd edək ki, Tanzaniya 39 ildən sonra ilk dəfə Afrika Millətlər Kubokunun final mərhələsində iştirak edəcək. Turnir 21 iyun – 19 iyulda Misirdə keçiriləcək.
Bizdə isə Avro-2020-nin final mərhələsinə vəsiqə yəqin ki, futbolçuların milyonçuya çevrilməsinə səbəb olardı. Çünki Litva kimi zəif rəqiblə udulmayan adi yoxlama oyununa görə onlar 5000 manata layiq bilinib.