Premyer-liqa
Aftandil Hacıyev: “Essyen istədiyimiz formada deyil”
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premy…
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 22-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları dilə gətirib:
“Gözlədiyimiz kimi, hər oyun gərgin keçir. Maraqlı oyun alındı. Planlaşdırdıqlarımı reallaşdırmağa çalışdıq. İlk hissəni epizodlara görə aktivimizə yazmaq olar. Fasilədən sonra çətin olacağını bilirdik. Futbolçular xarakter göstərdilər. Qələbə qazandıq və oyunçularımızı təbrik edirəm. Bundan sonra hər xal bizim üçün bizim üçün çox qiymətlidi. Qarşıda çətin oyunlar var. "Zirə" beş oyun idi uduzmurdu. Rəqibə uğurlar arzulayıram".
Gənc mütəxəssis Maykl Essyenə şans verməməsinə də toxunub: "Planda idi. Matçın gedişatından çox şey asılı idi. Qarşıdakı oyunlarda ona şans verə bilərik. Tanınmış futbolçudu, amma istədiyimiz formada deyil. Azarkeşlərimizə də təşəkkür edirəm".
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq