Ölkə futbolu
Roberto Bordin: “Qarabağ”ın xal itkisi hazırda vacib deyil”
“Neftçi”nin baş məşqçisi Roberto Bordin A…
“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
– Oyundan əvvəl bilirdik ki, bizi çətin matç gözləyir. Penalti qolu sayəsində qələbə qazandıq. Penalti bizim üçün hədiyyə kimi oldu. Futbolçularımı təbrik edirəm.
– Oyunun bu dərəcədə gərgin, çətin keçəcəyini gözləyirdiz?
– Meydan amili oyunu çətinləşdirirdi. Bu, hər iki komandaya təsir göstərirdi. Bu çətinliyə baxmayaraq, biz öz oyunumuzu göstərməyə çalışdıq və ədalətli qələbə qazandıq.
– Mirabdulla Abbasov oyuna daxil olanda sanki həvəssiz idi. Bu, onun start heyətində meydana çıxmaması ilə bağlı ola bilər?
– Ola bilər oyuna fərqli baxmışıq. Düşünmürəm ki, Mirabdulla oyunda həvəssiz idi. Həm müdafiədə, həm də hücumda komandaya kömək etdi.
– "Qarabağ"ın "Sumqayıt" səfərində xal itirəcəyini gözləyirsiz?
– Əlbəttə ki, çempionatın hər bir oyunu çətin keçir. Mən yalnız öz komandamın oyunu haqqında düşünürəm. Hazırda qələbəni qeyd etməliyik. "Qarabağ" xal itirəcək, itirməyəcək bu, hazırda vacib deyil. (komanda.az)
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq