Dünya futbolu
Fransa Liqa Kubokunun qalibi bəlli oldu – VİDEO
Futbol üzrə Fransa Liqa Kubokunun qalibi müəyyənləşib.
…
Futbol üzrə Fransa Liqa Kubokunun qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, həlledici oyunda Liqa 1-in iki təmsilçisi – “Strasburq”la “Genqam” üz-üzə gəlib.
Tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Strasburq” Liqa Kubokunun qalibi olub.
Bu, “Strasburq”un sözügedən turnirdə dördüncü belə uğurudu. Maraqlıdı ki, bu klub Liqa Kubokunun finalına vəsiqə qazandığı bütün oyunlardan qalib ayrılıb. “Strasburq” daha öncə 1964, 1997 və 2005-ci illərdə bu titula sahib çıxmışdı. Sözügedən komanda titul sayında yalnız PSJ-dən (8-qat qalib) geri qalır.
Fransa Liqa Kuboku
Final
30 mart
Strasburq – Genqam 0:0 (penaltilər 4:1)
Lill. “Pyer Morua” stadionu.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq