Premyer-liqa
“50”-də sevinən “Səbail”
“Səbail” klubu Azərbaycan Premyer Liqasında 50-ci oyunu…
“Səbail” klubu Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib.
Futbolinfo.az PFL-ə istinadən xəbər verir ki, Aftandil Hacıyevin yetirmələri yubiley matçında “Zirə”nin qonağı olub. 22-ci turun görüşündə 2:1 hesablı qələbə qazanan “Səbail”, ikinci mövsümdür oynadığı Premyer Liqada 16 qələbə qazanıb, 9 heç-heçə edib və 25 dəfə uduzub.
50 qarşılaşmada 39 qol vuran komanda 61 top buraxıb. Bakılılar Premyer Liqa tarixində 50 və daha çox oyun keçirən 43-cü komanda olub.
Zirə İdman Kompleksinin stadionundakı görüş, həm də 25-ci səfər matçı olub. “Səbail” 8-ci dəfə qalib gəldiyi səfər oyunlarında 5 heç-heçə edib və 12 dəfə uduzub. Paytaxt təmsilçisi rəqib meydanlarında 26 qol vurub və 34-nü buraxıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq