Premyer-liqa
“Zubir bütün futbolçuları aldadırsa, ona mən nə edim?”
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərb…
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:6 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
– Acı məğlubiyyət aldıq. Oyuna pis başlamamışdıq. Ustalıq öz sözünü dedi. 0:3-dən sonra futbolçuları psixoloji hazırlamaq çətindi. Vaxtımız azdı. 5 gün sonra "Keşlə" ilə oyunumuz var. Gələn oyunlara hazırlaşmalıyıq.
– Vurğun Hüseynov və Rail Məlikovu ehtiyatda saxlamağınıza səbəb nə idi?
– Adil Nağıyev və Şəhriyar Əliyev də komandanın əsas heyət üzvlərindəndi. Bircə Elvin Bədəlov çox oynamırdı.
– Peyman Babayini oynadıb, İbrahim Əliyevə nə üçün şans vermirsiz?
– Birinci divizionla əsas liqa arasında fərq var. İbrahimi mən də xoşlayıram. Oyun elə idi ki, istəmirdim ikinci hücumçunu oyuna salım.
– Bu məğlubiyyətdə sizin payınız nə qədərdi?
– Əsas günahkar mənəm. Ancaq futbolçulara da pay düşür. Abdullah Zubir bütün futbolçuları aldadırsa, ona mən nə edim? (komanda.az)
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”