Premyer-liqa
“Sabah” Diniyevlərə görə AFFA-ya müraciət etdi
“Sabah” Azərbaycan Premyer Liqasının 22-ci turunda &ldq…
“Sabah” Azərbaycan Premyer Liqasının 22-ci turunda “Qəbələ” ilə səfər oyunundakı (0:0) hakim idarəçiliyindən narazı qalıb.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqanın debütantı qarşılaşmanın baş hakimi Rauf Cabbarovun qərarlarından AFFA İntizam Komitəsinə şikayət edib.
Klubdan əldə etdiyimiz məlumata görə, “Sabah” Coşqun Diniyevin sarı, Kərim Diniyevin isə qırmızı vərəqəsinin ləğv edilməsini istəyir. Klub hər iki cəzanın haqsız olduğu qənaətindədi.
Xatırladaq ki, qarşılaşmanın 67-ci dəqiqəsində Coşqun Diniyev rəqib cərimə meydançasında yerdə qalıb və oyunun baş hakimi simulyasiya etdiyini əsas gətirərək, onu sarı vərəqə ilə cəzalandırıb. 90+1 dəqiqədə isə Kərim Diniyev ikinci sarı vərəqədən “qırmızı” vərəqə ilə cəzalandırılıb və meydandan qovulub.