Dünya futbolu
“Arsenal” bunu 21 il sonra bacardı
“Arsenal” İngiltərə Premyer Liqasının 32-ci turunda &…
“Arsenal” İngiltərə Premyer Liqasının 32-ci turunda “Nyukasl”ı 2:0 hesabıyla məğlub edib.
Futbolinfo.az xəbər verir ki, London təmsilçisi bu qələbəylə xallarının sayını 63-ə çatdıraraq, 3-cü pilləyə yüksəlib.
“Arsenal” ardıcıl 10 ev oyunudu ki, qələbə qazanır. “Topçular” son dəfə belə göstəriciyə 1997/98 mövsümündə nail olmuşdu.
“Arsenal” bu mövsüm son dəfə noyabrın 11-də, “Vulverhempton”la ev oyununda xal itirmişdi. Premyer Liqanın 12-ci turu çərçivəsində keçirilən matç qollu bərabərliklə bitmişdi.