Ölkə futbolu
“Neftçi” “Zirə" ilə oyun üçün hazırlığa başladı
“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqa…
“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 23-cü turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, “Keşlə” ilə qarşılaşmadan sonra bir günlük fasiləyə buraxılan komanda bu gün öz bazasında məşqə çıxıb.
Hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah da bir məşqlə davam edəcək.
Xatırladaq ki, aprelin 6-da 8-ci km stadionunda keçiriləcək "Neftçi” – "Zirə” oyunu saat 18:00-da başlanacaq.