Ölkə futbolu
“Qəbələ” “İzmir Cup” turnirində iştirak edəcək
“Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət …
“Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.
Futbolinfo.az xəbər verir ki, Elnur İmanquliyevin baş məşqçisi olduğu U-12 aprelin 5-dən 7-dək Türkiyədə təşkil olunacaq ənənəvi “İzmir Cup”da qüvvəsini sınayacaq. Komanda sabah qonşu ölkəyə yollanacaq.
“Milan”, “Latsio” (hər ikisi İtaliya), “Mançester Siti”, “Çelsi” (hər ikisi İngiltərə), “Ayaks” (Hollandiya), “Porto” (Portuqaliya) kimi klubların qatılacağı yarışda ümumilikdə 72 komanda 8 qrupda mübarizəyə başlayacaq. “Qəbələ” G qrupunda qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” aprelin 5-də “Benfika” (Portuqaliya), “Brügge” (Belçika), “Valensiya” (İspaniya) və “Qrasshopers”lə (İsveçrə) qarşılaşacaq. Qrup mərhələsinin ikinci günündə komandanın rəqibləri “Ankaragücü” (Türkiyə), “Kardiff” (Uels), “Göztəpə” (Türkiyə) və “Tvente” (Hollandiya) olacaq.
Hər qrupda ilk dörd yeri tutan komandalar aprelin 7-də final mərhələsində mübarizə aparacaqlar. Digər iştirakçılar isə 33-72-ci yerlər uğrunda matçlar keçirəcəklər.
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi