Dünya futbolu
Şeydayev Rusiya Premyer Liqasının TOP-5-liyində
Futbol üzrə Rusiya Premyer Liqasında mart ayının ən yaxşı …
Futbol üzrə Rusiya Premyer Liqasında mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqanın “Vkontakte” sosial şəbəkəsindəki rəsmi səhifəsində aparılan sorğunun nəticəsinə əsasən, “Zenit”in iranlı hücumçusu Sərdar Azmun 49.46 faizlə (20.834 səs) ən yaxşı oyunçu seçilib.
Səsvermədə 5 futbolçunun adı yer alıb ki, onların sırasınsa milli komandamızın “Krılya Sovetov”da oynayan hücumçusu Ramil Şeydayev də var. Ötən ay “Lokomotiv”, “Yenisey” və “Anji” ilə matçlarda 3 qol vuran Şeydayev martın TOP-5-liyində sonuncu yeri tutub – 2.37 faiz (999 səs).
Sorğunun yekun nəticəsi aşağıdakı kimi olub:
1. Sərdar Azmun (Zenit) – 49.46 faiz
2. Fyodor Çalov (ÇSKA) – 35.12
3. Anton Mirançuk (Lokomotiv) – 6.53
4. Mario Fernandes (ÇSKA) – 6.52
5. Ramil Şeydayev (Krılya Sovetov) – 2.37
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi