Dünya futbolu
AFFA qardaşları bağışlamadı
“Sabah”ın Diniyevlərlə bağlı şikayəti təmin olunma…
“Sabah”ın Diniyevlərlə bağlı şikayəti təmin olunmayıb. AFFA-ya vərəqələrinin ləğv olunması üçün apellyasiya müraciəti edən Premyer Liqanın debütantı arzusuna çatmayıb.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi son turun “Qəbələ” ilə səfər matçına əlavə olunmuş 1-ci dəqiqədə Kərim Diniyevə verilən qırmızı vərəqənin ləğvini istəyirdi. Halbuki həmin epizodda müdafiəçinin etdiyi idmançıya yaraşmayan hərəkət idi və 2-ci sarı vərəqəni haqq edirdi.
Amma 67-ci dəqiqədəki epizodla bağlı klub haqlıydı. Belə ki, Coşqun Diniyevə qarşı cərimə meydançasında kobudluq olmuşdu və meydan sahiblərinin qapısına penalti təyin olunmalıydı. Gəl ki, FIFA referisi aşkar qərəz nümayiş etdirdi və yarımmüdafiəçiyə simulyasiyaya görə sarı vərəqə verdi.
Dünən AFFA-da bu məsələyə baxılıb və heç bir vərəqə ləğv edilməyib. Hakimlərin qərarının dəyişdirilməsi onların 0:0 bitən matçda nəticəyə təsir edən səhvə yol verdiklərinin etirafı olacaqdı. Elə bu üzdən qurum olayın böyüməməsinə qərar verib. Görünür, klub da AFFA Hakimlər Komitəsinin günahının fərqində olduğunu bildiyindən israr etməyib.
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov