Ölkə futbolu
Bakı finalına doğru: avtoxuliqanlara diqqət!
Bakı Olimpiya Stadionu Avropa Liqasının finalı üçü…
Bakı Olimpiya Stadionu Avropa Liqasının finalı üçün hazırlanır. Təşkilat Komitəsi çatışmazlıqları aradan qaldırır, tədbirlər görür.
Ölkəmizə xeyli turist gələcəyini nəzərə alsaq, arenanın ərazisində təmizlik işləri aparılmalı, xoşagəlməz nişanələr aradan qaldırılmalıdı. BOS-un xüsusi nəzarətə götürülməsi, mühafizəsi də vacibdi. Bu baxımdan stadiona aparan yollara da diqqət edilməlidi.
Bir neçə gün öncə tədbirlə əlaqədar BOS-da olarkən, xoş olmayan mənzərəylə rastlaşdıq. Belə ki, arenaya aparan yolda təkər izləri diqqət çəkdi. Əlamətlərdən bəlli olurdu ki, bu yolda maşın yarışı keçirilib, “avtooşlar” müxtəlif tryuklar göstərib. Və bu, ilk belə hal deyildi.
İzləmə kameralarının olduğunu nəzərə alsaq, həmin əhlikefləri tapmaq çətin olmamalıdı. Məsul oyunöncəsi BOS-un infrastrukturuna zayan da vurula bilər. Bu səbəbdən diqqətli olmaq lazımdı.