Bizi izləyin

Ölkə futbolu

Qara Qarayevin Qarabağ niskili: “Allah doğulduğumuz  torpaqlara qayıtmağı yenidən bizə nəsib edəcək”

Təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nətic…

blank
Təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvasını itirmiş, məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmış həmvətənlərimiz arasında, bütün mərhumiyyətlərə rəğmən, istedad və bacarığını üzə çıxarmağa, cəmiyyətdə öz yerini tutmağa nail olanlar da çoxdur. Ağdamın “Qarabağ” futbol klubunun müdafiəçisi, yığma komandanın üzvü Qara Qarayev də onlardan biridir. Əslən Füzuli rayonundan  olan 27 yaşlı futbolçu karyerası ərzində dəfələrlə ölkədaxili yarışların qalibi olub. İndiyədək kütləvi informasiya vasitələrində daha çox idman həyatı işıqlandırılan gənc futbolçu qəzetimizin məcburi köçkünlük məsələsi ilə bağlı suallarını səmimiyyətlə cavablandırıb (Vətən səsi).
 
– Dünyaya gəlişinizdən on ay sonra işğal olunmuş Füzuli rayonu ilə bu gün sizi birləşdirən hansı dəyərlər var? Ata-baba yurdunuz haqqında valideynlərinizdən, qohum-əqrabanızdan eşitdiklərinizdən nələri yaddaşınızda hələ də saxlayırsınız?
– Doğru vurğulayırsınız ki, hələ mənim bir yaşım olmamış doğulduğum torpağı – Füzuli rayonunu tərk etmək məcburiyyətində qaldıq. Ailəmizin köçkünlük həyatı başladı. Öz doğma yurduma uzun müddətdir gedə bilmirəm, doğulduğum yerlərdə ola bilmirəm. Müsahibələrimin birində də demişdim ki, qarabağlı olub öz torpaqlarını tərk etmiş insanların hissləri daha fərqli, daha  acılı olur. Mənim doğulduğum yerlər təsəvvürümdə daha gözəldir. Ailəmiz, qohumlarımız mənə  çaylardan, dağlardan, təpələrdən, hər şeydən danışırlar və mən də çalışdığım qədər yadımda saxlayıram. Mən ümidliyəm, Allah o hissi yaşamağı, doğulduğumuz  torpaqlara qayıtmağı yenidən bizlərə nəsib edəcək. Məncə, o günlər çox uzaqda deyil.
 
– Ailənizin köçkünlük həyatı ilə bağlı hansı təəssüratlarınız var? Köçkün kimi harada məskunlaşmısınız, hansı orta məktəbdə oxumusunuz?
– Köçkünlük həyatı mənə unudulmayacaq bir ad verdi. Bu ad hələ də mənimlədir və inşallah ki, bu addan tezliklə qurtularıq. Rayonumuzun işğalından sonra ailəmiz əvvəlcə Beyləqanda məskunlaşıb. Orada bir müddət yaşadıqdan sonra Bakıya  köçmüşük. Yasamal rayonunda müvəqqəti məskunlaşmışıq… Atamın dediyinə görə, Füzuli rayonundakı evimizdən heç bir şey çıxarmaq mümkün olmayıb.
 
– Uşaqlığınızın keçdiyi, məhəllə futbolu oynadığınız yerlərə yolunuz düşürmü? İdmanda qazandığınız uğurlarda kimlərin rolu var?
– Uşaqlığım demək olar ki, Yasamalda keçib. Azərbaycan İnşaat Mühəndisləri, Universitetinin yataqxanasında məskunlaşmışdıq. Binanın həyətində asfalt döşəməli böyük bir futbol meydançası vardı. Bu, belə deyim, hər daşı, hər künc-bucağı mənim üçün doğma olan stadiondur. Ən xoş xatirələrim var, o stadionla bağlı… Bəzən ora yolum düşürdü, hətta uşaqlara qoşulub oynayırdım da… Amma uzun müddətdir ki, gedə bilmirəm. Professional karyeramda qrafikin sıxlığı imkan vermir.
İdmanda qazandığım uğurlara görə minnətdar olduğum və hər zaman da minnətdar olacağım bir şəxs var. Futbol oynamağa başladığım dönəmdə hər zaman şükürlər etmişəm ki, onun kimi gözəl in­sanla, müəllimlə tanış olmuşam. Məni doğru-düzgün idmana yanaşmağı öyrədən ilk məşqçim Elnur Zeynalovu nəzərdə tuturam. Mənim futbola bağlanmağımda və uğur qazanmağımda onun böyük zəhməti olub.
“Qarabağ”da oynamağa başladıqdan sonra qazandığım bütün böyük uğurların tək memarı isə hal-hazırki məşqiçim Qurban Qurbanovdur. 2009-cu ildən bu yana mənə inanıb, mənə şans verib, mənə daha çox diqqət göstərməyə çalışıb.  Futbol karyeramda mənim üçün uğurlu bu iki amil olub ki, həqiqətən də bir-birindən yaxşı iki məşqçi ilə işləmişəm. Düşünürəm ki, idmanda qazandığım bütün uğurlara görə bu iki məşqçiyə borcluyam.
 
– Köçkün məktəblərində görüşləriniz olurmu? Məcburi köçkün uşaqlara, yeniyetmələrə nələri tövsiyə edərdiniz?
– Uzun müddətdir ki, məcburi köçkün məktəblərində görüşlərimiz olmur. Adətən, klubumuzda belə görüşlər olduqda bizə xəbər verilir, biz də məmnuniyyətlə gedirik. Ümid edirəm ki, belə görüşlər olsa, bizim üçün də xoş təəssüratlar bağışlayacaq. Yeniyetmələrə məsləhətim odur ki, idmanda uğur qazanmaq üçün çalışmaq lazımdır. İdmanda uğur qazanmaq üçün savad önəmli rol oynayır. Bütün idman növlərində bu belədir. Uğur qazanmaq üçün gərək daha çox çalışasan, əziyyətə qatlaşasan.  Düşünürəm ki, uşaqlar idmanla məşğul olanda gələcəkdə ölkəmizi, bayrağımızı təbliğ etməyin önəmini dərk edirlər. Məncə, uşaqlar çox çalışarlarsa, istədikləri nəticəyə, uğura çata bilərlər.
 
– Yəqin ki, sizin də ailəniz məcburi köçkünlər üçün dövlətin müəyyənləşdirdiyi güzəşt və imtiyazlardan istifadə edir. İndi tanınmış və təminatlı idmançı olduğunuz bir vaxtda ailənizin sosial-maddi vəzyyətinin yaxşılaşmasına köməyiniz varmı?
– Sözsüz ki, Füzulinin işğalından sonra Bakıda məskunlaşdığımız illərdə dövlətimiz tərəfindən verilən yardımlardan, imtiyazlardan biz də hər kəs kimi  istifadə etmişik. O ki, qaldı ailəmizin sosial-maddi vəziyyətinin yaxşılaşmasına kömək etməyimə, bu mənim üzərimə düşən ən böyük haqq və borclardan biridir. Bundan sonra da yaşadığım dövrdə, oynadığım dövrdə hər zaman çalışacam ki, ailəmin – atamın, anamın və qardaşlarımın sosial-maddi vəziy­yətinin yaxşılaşması üçün əlimdən gələni edim və düşünürəm ki, bu mənim mənəvi borcumdur. Həyatımın sonuna qədər də bu borc mənim boynumda haqq olaraq qalacaqdır.
 
– Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə uşaq futbolunu inkişaf etdirməklə bağlı hansı təklif və köməyiniz ola bilər? Və ya belə bir təşəbbüslə “Qarabağ”ın, yaxud AFFA-nın qarşısında məsələ qaldırmaq mümkündürmü?
– Həmin qəsəbələrdə futbolu inkişaf etdirmək istəyiriksə, mütləq futbola uyğun infrastruktur yaradılmalıdır. Stadionlar, bazalar, məşq meydançaları mütləq olmalıdır. Və ən əsası uşaqlarla çalışacaq savadlı, bilikli futbol müəllimlərini ora cəlb etmək lazımdır. Sözsüz ki, mütləq diqqət ayırmaq lazımdır o uşaqlara ki, hər zaman nəzarətdə olsunlar. Onda həmin qəsəbələrdə yaxşı idmançılar yetişdirmək olar. O idmançılar ki, milli komandamıza faydalı ola biləcək. Köməyə gəldikdə isə ixtiyarımızda olan bütün məsələlərdə əgər kömək istənilirsə, əlimdən gələn etməyə hazıram.
“Qarabağ” və AFFA-nın qarşısında da məsələ qaldırmaq, əlbəttə, mümkündür. Düşünürəm ki, belə bir təklif olduğu halda müsbət bir rəy bildirərlər. Federasiyada bu məsələlərlə çalışan insanlar var. Onlar regionlarla bağlı futbol haqqında düşünür və belə bir məsələ olarsa, “Qarabağ”a təklif etmək mənim üçün daha asan olar.
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-19 12:54

Voleybol məşqçiləri üçün seminar keçirilib

blank
Digər idman növləri2024-05-19 12:35

Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-19 12:17

Bu gün final seriyasının ikinci oyunu keçiriləcək

blank
Digər idman növləri2024-05-19 11:56

Millimiz növbəti sınağına çıxır

blank
Dünya futbolu2024-05-19 11:49

Krivotsyukun komandası evdə xalsız qaldı

blank
Dünya futbolu2024-05-19 10:59

38-ci dəfə çempion oldular

blank
Ölkə futbolu2024-05-19 10:44

Mahirin 2024-cü ildə ilk oyunu

blank
Premyer-liqa2024-05-19 09:00

“Qəbələ” “Araz-Naxçıvan”a qarşı

blank
Ölkə futbolu2024-05-19 08:00

Hər şey son tura qaldı

blank
Dünya futbolu2024-05-19 02:09

“Alaves”ə bir qol bəs etdi

blank
Dünya futbolu2024-05-19 01:52

“Milan” səfərdə uduzdu

blank
Dünya futbolu2024-05-19 01:33

Bundesliqada mövsümə yekun vuruldu

blank
Dünya futbolu2024-05-19 00:44

Renatlı “Hatayspor”dan “Beşiktaş”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-05-18 23:51

“NTD-İndiqo” üçüncü yeri tutdu

blank
Əvəzedicilər2024-05-18 23:25

“Qarabağ”ın əvəzediciləri darmadağına üzüldü

blank
Digər idman növləri2024-05-18 23:00

Azərbaycan yığması məğlub oldu

blank
Digər idman növləri2024-05-18 22:55

Azərbaycan gimnastları Neftçalada nümunəvi çıxışlar ediblər

blank
Digər idman növləri2024-05-18 22:44

Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurdular

blank
Ölkə futbolu2024-05-18 22:28

Yüksək Qızlar Liqasında mövsümə yekun vuruldu

blank
Premyer-liqa2024-05-18 21:50

“Bir nəfərin üstünə düşmək düzgün olmaz” – Samir Abasov

blank
Premyer-liqa2024-05-18 21:24

“Hər şey özümüzdən asılıdır” – Renduliç

blank
Premyer-liqa2024-05-18 21:11

“Layiqli qələbə qazandıq” – Bojoviç

blank
Premyer-liqa2024-05-18 21:06

“Mövsüm bizim üçün bitib” – Şahin Diniyev

blank
Premyer-liqa2024-05-18 20:57

“Sabah”dan inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:29

“Neftçi”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:14

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:55

Adil Şükürov: “Kişi kimi əllərini sıxıb təbrik etdim” – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:30

Rəşad Sadıqov: “Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq” – VİDEO

blank
Premyer-liqa2024-05-18 18:58

“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə

blank
Digər idman növləri2024-05-18 18:15

Azərbaycanın yunan-Roma güləşi millisi AÇ-də birinci oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm