Dünya futbolu
Bekhemi keçsə də, Fabreqasa çata bilmədi
“Tottenhem” İngiltərə Premyer Liqasının 33-cü tu…
“Tottenhem” İngiltərə Premyer Liqasının 33-cü turunda “Kristal Pelas”ı 2:0 hesabıyla məğlub edib.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmada bir qol və bir məhsuldar ötürmə edən Kristian Eriksen, yeni uğura imza atıb. Belə ki, o, İngiltərə Premyer Liqasında ardıcıl 4 mövsümdə 10-dan çox məhsuldar ötürmə edən futbolçu olub. Eriksen bu göstəricidə “Mançester Yunayted”in sabiq futbolçusu Devid Bekhemi arxada qoyub.
“Kristal Pelas”la matçda 200-cü dəfə “Tottenhem” formasını geyinən danimarkalı futbolçu, 63-cü məhsuldar ötürməsini verib. O, bununla da, Premyer Liqa tarixində 200 oyuna ən çox məhsuldar ötürmə edən ikinci futbolçu olub. Eriksen bu göstəricidə yalnız “Çelsi” və “Arsenal”ın sabiq futbolçusu Sesk Fabreqasdan geri qalır. İspan yarımmüdafiəçi “Arsenal”ın heyətində iştirak etdiyi ilk 200 oyunda 66 məhsuldar ötürməylə yadda qalıb.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı