Ölkə futbolu
“Qəbələ”dən məktəblilərlə növbəti görüş
Bu gün Qəbələ şəhəri, Vəndam qəsəbəsi 1 və 2 saylı or…
Bu gün Qəbələ şəhəri, Vəndam qəsəbəsi 1 və 2 saylı orta məktəbdə cüdo idman növü üzrə Qəbələ bölməsinin baş məşqçisi Rail İsmayılov, “Qəbələ”nin fəal azarkeşi Nəriman Mahmudzadə, futbolçular – Elvin Camalov və Lalavele Atakoranın iştirakı ilə şagirdlərlə görüş keçirilib.
Futbolinfo.az xəbər verir ki, görüş zamanı çıxış edən Rail İsmayılov, Lalavele Atakora və Elvin Camalov məktəbliləri komandanın yanında olmağa, onu dəstəkləməyə çağırıblar.
Ardınca şagirdlər arasında klub barədə suallardan təşkil olunmuş müsabiqə keçirilib. Müsabiqənin qaliblərinə Lalavele Atakora və Elvin Camalovun imzalı forması təqdim olunub.