Ölkə futbolu
Növbəti tur üçün 7 cəzalı
Premyer Liqanın XXIII turu bir neçə futbolçunun cəzal…
Premyer Liqanın XXIII turu bir neçə futbolçunun cəzalı duruma düşməsi ilə yadda qalıb. Konkret olaraq 7 oyunçu növbəti turu buraxmalı olacaq.
Bu baxımdan "Neftçi" – "Zirə" (4:2) qarşılaşmasını xüsusi fərqləndirmək olar. Görüşün son dəqiqəsində meydandan qovulan İlkin Muradov və oyundan sonra qırmızı vərəqə alan Orxan Sadıqlı "Sumqayıt"la oyunda "Zirə"dən ayrı düşəcək. Həmin matçın son dəqiqələrində sarı vərəqə alan "Neftçi"nin vitse-kapitanı Emin Mahmudov da cəzalı duruma düşüb. Cari mövsüm 4-cü sarı vərəqəsini alan yarımmüdafiəçi "Səbail"lə görüşdə məşqçilər korpusunun ixtiyarında olmayacaq.
"Qəbələ" – "Qarabağ" (1:2) qarşılaşması hər iki komandanın bir müdafiəçisini itirməsi ilə nəticələnib. Müvafiq olaraq, Vojislav Stankoviç və Bədavi Hüseynov 4 sarı vərəqə limitini doldurub. "Səbail" üzərində qələbə qazanan "Sabah" (3:1) isə əvəzində iki aparıcı oyunçusunun xidmətindən məhrum qalıb. Matçda sarı vərəqə alan müdafiəçi Təmkin Xəlilzadə və yarımmüdafiəçi Erik Ramos cəzalı duruma düşüb. Cari mövsümdə 8-ci dəfə "sarı"ya "qonaq olan" futbolçular "Qarabağ"la görüşü tribunadan izləməli olacaqlar.
- Müsahibə2024-05-23 08:00
Aleks Souza: “Menecerim danışmamağı tapşırıb”
- Ölkə futbolu2024-05-23 12:03
“Neftçi” daha bir legioner aldı: Anderssonun sözü ilə əməli üst-üstə düşmür
- Ölkə futbolu2024-05-23 08:32
“Yurqorden” Musanı icarəyə verəcək
- Müsahibə2024-05-24 08:00
Şahin Diniyev: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmamışdı”