Dünya futbolu
Poçettino rəqibi təriflədi
"Mançester Siti" Avropa və İngiltərənin ən g&uum…
"Mançester Siti" Avropa və İngiltərənin ən güclü komandalarından biridi. Buna görə də bizim üçün çətin matç olacaq. Rəqibi yaxşı tanıyırıq. Onlara qarşı hazırlaşmaq üçün vaxtımız oldu. Oyuna aqressiv və yüksək sürətlə başlamaq istəyirik" – bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino deyib.
Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə ilk oyun öncəsi danışan argentinalı mütəxəssis deyib: "Bu, baş məşqçi kayeramın ən önəmli matçlarından biridi. "Mançester Siti" son bir neçə ildə hər şeyi qazanmaq üçün bir komanda qurub. Hazırda bütün kubokları qazana biləcək yeganə komanda onlardı".
Poçettino Pep Qvardiola ilə çox qarşılaşdıqlarını söyləyib: "Mançester Siti" bizim cəsur futbol oynadığımızı bilir. Meydanda aqressiv oluruq. Yenə eyni şeyləri edib onları məğlub etməyə çalışacağıq".
Qeyd edək ki, "Tottenhem" – "Mançester Siti" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi