Premyer-liqa
“Qarabağ”ın 9 futbolçusu rəmzi komandada – FOTO
Futbol üzrə Azərbaycan Premyer Liqasının 25-ci turunun rəmzi…
Futbol üzrə Azərbaycan Premyer Liqasının 25-ci turunun rəmzi komandası məlum olub.
Futbolinfo.az xəbər verir ki, son turda “Keşlə”ni 3:0 hesabıyla məğlub edən “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada yer alıb:
Qapıçı: Səlahət Ağayev (“Neftçi”) – 10;
Müdafiəçilər: Maksim Medvedev (“Qarabağ”) – 4, Rəşad Sadıqov (“Qarabağ”) – 2, Bədavi Hüseynov (“Qarabağ”) – 6, Abbas Hüseynov (“Qarabağ”) – 5;
Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”) – 9, Riçard Almeyda (“Qarabağ”) – 5, Markos Madera (“Qarabağ”) – 6, Dani Kintana (“Qarabağ”) – 8;
Hücumçular: Oke Akpoveta (“Səbail”), Mahir Mədətov (“Qarabağ”) – 8.
Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.