Bizi izləyin

Müsahibə

Ramin Musayev möcüzə gözləyir

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə cari möv…

blank

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə cari mövzular və maraq doğuran bir neçə məsələ ətrafında müsahibə etdik…

– Ramin müəllim, kubokun finalı Naxçıvanda keçiriləcək?
– Bəli, 19 mayda final matçı Naxçıvanda təşkil ediləcək.

– Niyə?
– Çünki Naxçıvan rəhbərliyi bu işin ən yaxşı səviyyədə təşkil edilməsi üçün bizə çox böyük dəstək verir. Həm də Naxçıvan əhalisinin futbol bayramı yaşaması haqqı var.

– Klublar Komitəsinin son iclasından sonra açıqlama verilmişdi ki, finalın Naxçıvana salınması klubları narazı salıb…
– Bu barədə bizə hər hansı rəsmi, ya da şifahi müraciət edilməyib. Niyə narazı olsunlar, nə əsasla? Bunu başa düşə bilmirəm.

– Yol uzaqlığı, nəqliyyat və s. məsələlər yəqin…
– Əsassız fikirlərdir. Naxçıvan Azərbaycan torpağıdır. Nə yol uzaqdır, nə də hansısa nəqliyyat problemi var. Qəti qəbul eləmirəm belə fikirləri. Onlar ordan bura gəlirlərsə, biz niyə ora getməyək? Neçə dəfələrlə görmüşəm, "Neftçi"nin, "Qarabağ"ın oyunlarında Naxçıvandan gəlib stadionda baxanlar var.

– Təşkilatçılıqla bağı hər şey qaydasındadırmı? 
– Bunadək iki dəfə finalı Naxçıvana salmışıq – kubokun finalı və superkubok. Hər ikisində şəhərin bütün idarə orqanları və ən yüksək səviyyədə rəhbərlik işlərin təşkili ilə sıx maraqlanıb. Ən xırda problem də çıxmayıb.

– Naxçıvanın iqlimi kontinentaldır. Stadionda projektor yoxdur deyə, oyun günün işıqlı vaxtına salınır. Sonuncu finalda istidən şikayətlər vardı…
– Həmin vaxta hava şəraitiylə bağlı narahatlıq gözlənmir.

– Bunaqədərki oyunlarda azarkeşlərin Naxçıvana gediş-gəlişi üçün narahatlıq yaranmışdı…
– PFL bu məsələdə dəstək verib. Lazım olsa, bu dəfə də həmin gün üçün Naxçıvana uçuşların sayını artırmaqçün AZAL-la danışarıq. Nəqliyyat, gediş-gəlişdə heç bir problem olmaz. Bundan əvvəl də olmayıb.

– Gündəmin aktual mövzularından biri də hakimlikdir. De-yure olmasa da, de-fakto PFL-in kurasiyasında olan ərəfələrdə də hakimlik sıx müzakirə edilirdi. Lakin son 1-2 ildi tənqidlər xeyli azalmışdı. Komitələrdə islahat və rəhbərlik dəyişikliyindən sonra yenidən səhvlər sıralanıb…
– Hakimlik PFL-ə hüquqi cəhətdən bağlı olub. Müəyyən detallarda bu belə idi. Yəni qeyri-qanuni bağlılıq doğru fikir deyil. Hakimlik elə bir məsələdir ki, burda həmişə səhvlərdən danışılacaq. Siz dediyiniz dəyişiklikdən sonra dəyişilən əsas məsələ odur ki, indi klub nümayəndələri əllərində disk tutub üstümüzə gəlmirlər, hər xırda epizoda görə şikayət etmirər, ümumiyyətlə, hamı razıdır, narazılıq edən yoxdur.

– Bir az ironiya…
– Yox, qətiyyən. Hamı razıdr ki, gənc hakimlər gəlsin, onlara şans verilsin. Mən də yeni dəyişiklikdən razıyam. Onlara dəstək var, gənc hakimlər də bilirlər ki, səhv etsələr də, onların arxasından çəkilməyəcəklər.

– Gəncləşdirmə anarxik formada aparılır sanki. Problemlər də bəlkə burdan qaynaqlanır…
– Siz hansı problemləri nəzərdə tutursunuz? Narazılıq edən yoxdur axı. O, əvvəl idi, klub nümayəndələri hər tur sonra PFL-in üstünə gəlirdilər. İndi heç kim narazılıq eləmir. Əsas odur ki, hakim qərəzli idarəçilik eləməsin. Mən indiki gənc hakimlərin 90 faizindən razıyam.

– Siz həmişə deyirdiniz ki, gənc hakimləri çox tənqid etməyin, onlara dəstək olun. Ən çox da Əliyar Ağayevin adını çəkirdiniz. İndi Əliyar UEFA-nın diqqətindədi, xeyli irəliləyib. Yeni gəncləşdirmə siyasəti də bizə əliyarlar qazandıracaqmı?
– Proses düzgün gedirsə, olacaq. Belə məsələlərdə konkret fikir bildirmək çətindi. Böyük vaxt lazımdır. Tofiq Bəhramovdan, Əldar Əzimzadədən sonra Əliyar çıxdı. İndi Əliyarın daha da inkişaf eləməyi lazımdır. Son zamanlar az təyinat alır. Bilmirəm əsl səbəb nədir. Bunu diqqətdə saxlamaq lazımdır.  Əvvəlcə irəli gedənimizə lazımlı dəstək vermək lazımdır ki, gənclərdən də filankəsov filankəsi qazanmaq mümkün olsun.

– Gəncləşdirmə prosesində işə yanaşmada qəribəliklər var. Gənc hakimlər əsasən iddialı komandaların oyunlarına təyin edilir. Məsələn, "Sabah" – "Neftçi" oyununda (0:2) gənc hakim Rövşən Rəcəbov meydan sahibinin müdafiəçisinə iki "sarı" göstərdi. Epizodları təhlil edəndə görünür ki, qərar yanlışdır. Hesab 0:0 olarkən komanda azlıqda qalır, oyunun məcrası dəyişilir. 
– Hər iki "sarı"nı haqlı hesab edirəm. Müdafiəçi kobud oynayır, hakim güzəşt eləməməkdə haqlıdır. Gənclərdən xoşuma gələnlərdən biri də elə odur. Yenidilər, səhvləri olacaq. Əsas odur, özlərinə inansınlar. Həyat belə getməyəcək ki, dəyişikliklər olacaq.

– Maraqlı ifadə idi. Bəli, həyat sabit getmir, dəyişikliklər olur. Siz konkret nəyi nəzərdə tuturdunuz?
– (Gülür) Yozmayın. Başqa nəsə nəzərdə tutmuram. Nədən danışırdıqsa, o məsələlərə aiddir.

– Ümumiyyətlə, PFL-in passivliyində dəyişiklik olacaq? Əvvəllər daha fəal idiniz. Yəqin büdcəniz daha geniş olduğu üçün layihələr də reallaşdıra bilirdiniz, sonra…
– Hakimliklə bağlı istəyirəm ki, nə mən, nə PFL, nə Elxan Məmmədov, nə Rövnəq Abdullayev, nə də bir başqası – AFFA rəhbərliyindən heç vaxt heç bir şəxs hər hansı hakimə göstəriş vermir. Əmin olun. PFL-in əvvəlki günlərinə qayıtması mümkündür, ancaq doğru deyirsiniz ki, bu, büdcədən asılıdır. İşləyirik, axtarışdayıq. Sponsorlar, müvafiq idarələrdən yeni təkliflər olarsa, planlarımız, ideyalarımız var, onları həyata keçirəcəyik. Möcüzələr olur. (futbolpress.az)

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-19 14:37

“Maklaren” sürücüsü cərimələndi

blank
Ölkə futbolu2024-05-19 14:20

“Sabah”ın U-15 komandası Antalyada 4-cü oldu

blank
Digər idman növləri2024-05-19 14:05

Usik Holifildin rekordunu təkrarladı

blank
Digər idman növləri2024-05-19 13:51

Şvyontek 10-cu “Masters”ini qazandı

blank
Digər idman növləri2024-05-19 13:36

Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunun qalibi oldu

blank
Digər idman növləri2024-05-19 13:28

MBA-da daha bir yarımfinalçı məlum oldu

blank
Digər idman növləri2024-05-19 13:16

Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal

blank
Digər idman növləri2024-05-19 12:54

Voleybol məşqçiləri üçün seminar keçirilib

blank
Digər idman növləri2024-05-19 12:35

Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-19 12:17

Bu gün final seriyasının ikinci oyunu keçiriləcək

blank
Digər idman növləri2024-05-19 11:56

Millimiz növbəti sınağına çıxır

blank
Dünya futbolu2024-05-19 11:49

Krivotsyukun komandası evdə xalsız qaldı

blank
Dünya futbolu2024-05-19 10:59

38-ci dəfə çempion oldular

blank
Ölkə futbolu2024-05-19 10:44

Mahirin 2024-cü ildə ilk oyunu

blank
Premyer-liqa2024-05-19 09:00

“Qəbələ” “Araz-Naxçıvan”a qarşı

blank
Ölkə futbolu2024-05-19 08:00

Hər şey son tura qaldı

blank
Dünya futbolu2024-05-19 02:09

“Alaves”ə bir qol bəs etdi

blank
Dünya futbolu2024-05-19 01:52

“Milan” səfərdə uduzdu

blank
Dünya futbolu2024-05-19 01:33

Bundesliqada mövsümə yekun vuruldu

blank
Dünya futbolu2024-05-19 00:44

Renatlı “Hatayspor”dan “Beşiktaş”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-05-18 23:51

“NTD-İndiqo” üçüncü yeri tutdu

blank
Əvəzedicilər2024-05-18 23:25

“Qarabağ”ın əvəzediciləri darmadağına üzüldü

blank
Digər idman növləri2024-05-18 23:00

Azərbaycan yığması məğlub oldu

blank
Digər idman növləri2024-05-18 22:55

Azərbaycan gimnastları Neftçalada nümunəvi çıxışlar ediblər

blank
Digər idman növləri2024-05-18 22:44

Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurdular

blank
Ölkə futbolu2024-05-18 22:28

Yüksək Qızlar Liqasında mövsümə yekun vuruldu

blank
Premyer-liqa2024-05-18 21:50

“Bir nəfərin üstünə düşmək düzgün olmaz” – Samir Abasov

blank
Premyer-liqa2024-05-18 21:24

“Hər şey özümüzdən asılıdır” – Renduliç

blank
Premyer-liqa2024-05-18 21:11

“Layiqli qələbə qazandıq” – Bojoviç

blank
Premyer-liqa2024-05-18 21:06

“Mövsüm bizim üçün bitib” – Şahin Diniyev

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm