Dünya futbolu
Türkiyə Kubokunda ilk finalçı bəlli oldu
Futbol üzrə Türkiyə Kubokunda yarımfinal mərhələsinin …
Futbol üzrə Türkiyə Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Akhisarspor” doğma meydanda “Ümraniyəspor”la qarşılaşıb. Səfərdə minimal hesabla qalib gəlmiş akhisarlılar doğma meydanda da bu nəticəni təkrarlamaqla ilk finalçı olublar.
Xatırladaq ki, ötən mövsüm də finala vəsiqə qazanmış "Akhisarspor" həlledici oyunda "Fənərbaxça"ya qalib gələrək tarixində ilk dəfə Türkiyə kubokunun qazanmışdı.
Digər finalçının adına “Yeni Malatyaspor” – “Qalatasaray” matçında aydınlıq gələcək. Bu komandaların ilk duelində qapılara qol vurulmayıb.
Türkiyə Kuboku
Yarımfinalın cavab oyunları
24 aprel
Akhisarspor – Ümraniyəspor 1:0 (ilk oyun 1:0)
Qol: Çikalleşi, 37.
25 aprel
Yeni Malatyaspor – Qalatasaray (0:0)