Ölkə futbolu
Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir
Premyer Liqanın yeni mövsümündə neçə komandan…
Premyer Liqanın yeni mövsümündə neçə komandanın iştirak edəcəyi AFFA İcraiyyə Komitəsindən asılıdı. Bunun üçüm komitənin tezliklə yığışması mümkündü.
Futbolinfo.az xəbər verir ki, diviziondan cəmi bir komandanın lisenziya üçün müraciət etməsi say artımından danışmağa imkan vermir. Adı gizli saxlanılan həmin klubun hətta sənədləri qaydasında olsa da, hazırda 8 iştirakçısı olan elitada artım mümkünsüzdü.
Reqlamentə görə, son pilləni tutan diviziona düşməli və onu lisenziya tələblərinə cavab verən əvəz etməlidi. Bu isə o deməkdi ki, ya Premyer Liqada iştirak üçün müraciət etmiş həmin komanda “Keşlə” və ya “Sumqayıt”dan birini əvəz edəcək, ya da özü tələblərə cavab vermədiyindən indiki tərkib qorunacaq. İcraiyyə Komitəsi yalnız məsuliyyəti üzərinə götürə və say artımı üçün hansısa komandaların elitada çıxışına zəmanət verə bilər. Bunun üçün müraciətlər olmalı, klubların durumuna baxılmalıdı.
Say artımı yalnız yeni dövlət proqramının qəbulu, futbola əlavə vəsaitlərin ayrılmasına şərait yaradıldığı halda mümkün olardı. Avropa Liqasının finalı ərəfəsində belə bir addımın atılmasına kiçik ümid var. Reallaşsa, sayın artması üçün İK qərar verə bilər, əks halda, 8 komandayla yola davam ediləcək.
Rəsmi açıqlama yoxdu, bu üzdən yalnız şaiyələrib izinə düşməli oluruq. Söz-söhbətlərə inansaq, son pilləni “Keşlə” tutsa, onu diviziondan gəlmək istəyən əvəz edəcək, eyni aqibəti “Sumqayıt” yaşasa, fərqli addım atılacaq. Çünki AFFA hazırda “Keşlə”yə artıq tikə kimi baxırsa, “Sumqayıt”ı doğma övladı kimi yaşatmaq niyyətindədi. Bunun üçün diviziondakı lisenziya iddiaçısının arzusunu gözündə qoymaq mümkündü. Və ya assosiasiya öz imkanlarını səfərbər edib 10-cu komandaya da güzəştlə, İK-nın vasitəsi ilə yaşıl işıq yandıra biləcək.
Ümumiyyətlə, lisenziya prosesi yekunlaşmaq üzrədi. Yaxın 2 həftə ərzində bütün suallara nöqtə qoyulacaq. Mayın əvvəlinə kimi klublar UEFA-nın yeni tələbini yerinə yetirməli, maliyyə şəffaflığını təmin etmək üçün hesabatlarını rəsmi saytlarında açıqlamalıdılar. Və məhz bundan sonra konkret olaraq komlərin yeni mövsüm üçün lisenziyaya sahib çıxdığı bəlli olacaq. Maliyyə şəffaflığı klublarımız üçün ilk təcrübədi və bunun öhdəsindən gəlməmələri və ya çətinə düşmələri mümkündü.
İstənilən halda, həm Prenyer Liqada, həm də avrokuboklarda iştirak üçün lisenziya müraciəti edənlər yaxın günlərdə cavab alacaq. Mayın ortalarına kimi isə yekun siyahı müəyyənləşəcək.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”